...

"Azərenerji" ASC ilk dəfə olaraq, "Ekoloji siyasət" və "Keyfiyyət siyasəti"ni tətbiq edib

Energetika Materials 22 İyul 2010 14:49 (UTC +04:00)
"Azərenerji" ASC ilk dəfə olaraq şirkətin prezidenti Etibar Pirverdiyev tərəfindən təsdiqlənən ekoloji siyasət və keyfiyyət siyasətini tətbiq edib. Bu barədə Trend-ə cümə axşamı ASC-nin ekologiya idarəsindən bildiriblər.
"Azərenerji" ASC ilk dəfə olaraq, "Ekoloji siyasət" və "Keyfiyyət siyasəti"ni tətbiq edib

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir A.Bədəlova/

"Azərenerji" ASC ilk dəfə olaraq şirkətin prezidenti Etibar Pirverdiyev tərəfindən təsdiqlənən ekoloji siyasət və keyfiyyət siyasətini tətbiq edib. Bu barədə Trend-ə cümə axşamı ASC-nin ekologiya idarəsindən bildiriblər.

Şirkətin ekoloji siyasəti ölkənin konstitusiyasına, qanunlarına, Azərbaycan Prezidentinin sərəncamlarına və Azərbaycanın digər normativ-hüquqi sənədlərinə, eləcə də Azərbaycanın ətraf mühitin qorunması və təbii ehtiyatlardan rasionla istifadə üzrə qəbul etdiyi beynəlxalq razılaşmalara əsaslanır.

ISO 14001 beynəlxalq standartına uyğun olaraq, "Azərenerji"nin ekoloji siyasəti cəmiyyətin və ətraf mühitin elektrik enerjisinin mənfi təsirindən müasir texnologiyalardan istifadə etmək yolu ilə müdafiəsinə istiqamətlənib.

Ekoloji siyasət ekoloji müdafiə və ekoloji təhlükəsizlik tətbiq edilərkən, elektrik enerjisinin istehsalında, ötürülməsində və bölüşdürülməsində ekoloji risklərin azaldılması üzrə qabaqcıl tədbirlərin görülməsi, yenidən bərpa edilən enerji mənbələri sahəsində tədqiqatların tətbiqi və həyata keçirilməsi, təbii ehtiyatlardan səmərəli istifadə, ətraf mühitin gələck nəslllər üçün qorunması və dinamik inkişafa nail olma kimi əsas prinsipləri müəyyənləşdirir.

"Azərenerji"nin əsas vəzifələri Azərbaycanın enerji təhlükəsizliyinin təmini, tədarük sistemlərinin etibarlılığının təkmilləşdirilməsi, istehlakçıların enerji tələbatlarının ödənilməsi və şirkətin xarici bazarda etibarlı tərəfdaş qismində möhkəmləndirilməsindən ibarətdir.

Xəbər lenti

Xəbər lenti