...

"Bakıelektrikşəbəkə"nin kapitalı artırılacaq

Energetika Materials 2 Oktyabr 2010 15:07 (UTC +04:00)
Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Bakıelektrikşəbəkə" ASC-nin 180 milyon manat həcmində olan sadə adlı sənədsiz səhmlərini qeydiyyata alıb.
"Bakıelektrikşəbəkə"nin kapitalı artırılacaq

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Bakıelektrikşəbəkə" ASC-nin 180 milyon manat həcmində olan sadə adlı sənədsiz səhmlərini qeydiyyata alıb. Bu barədə şənbə günü Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən verilən məlumatda deyilir.

Emissiya prospektinə hər birinin nominal dəyəri iki manat olmaqla 90 milyon səhm daxildir. Elektrik şəbəkəsi səhmlərinin 100 faizli sahibi olan İqtisadi İnkişaf Nazirliyi səhmlərin yerləşdirilməsində imtiyazlı hüquqlara malikdir.

"Bakıelektrikşəbəkə" Azərbaycan paytaxtında elektrik enerjisinin verilişi və paylanması ilə məşğul olur. O, elektrik enerjisini ölkənin digər regionlarında enerjinin istehsal və yayılması ilə məşğul olan "Azərenerji" SC-dən alır.

"Bakıelektrikşəbəkə"nin nizamnamə kapitalı 85 milyon manat təşkil edir. Yeni səhm emissiyası yerləşdirildikdən sonra kapital 265 milyon manata çatdırılacaq.

Oktyabrın 2-nə olan rəsmi məzənnə 0,8026 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti