...

Azərbaycan yanvar-avqustda "Şahdəniz" yatağından aldığı qazın həcmini artırıb

Energetika Materials 13 Sentyabr 2011 16:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir E.İsmayılov/

Yanvar-avqustda Azərbaycan "Şahdəniz" yatağından təxminən 1,18 milyard kubmetr qaz alıb. Ötən ilin müvafiq dövründə bu göstərici 1,3 milyard kubmetrə yaxın olub. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin yaydığı məlumatda deyilir.

Əldə olunmuş qazın ümumi həcminin 313,1 milyon kubmetri ARDNŞ-nin "Şahdəniz" layihəsindəki pay hissəsinə düşür, qalan 863,1 milyon kubmetr isə ARDNŞ tərəfindən satın alınıb.

2010-cu ildə Azərbaycan yataqdan təxminən 2,2 milyard kubmetr, 2009-cu ildə isə 1,3 milyard qaz əldə edib. 2010-cu ildə əldə olunan qazın ümumi həcmindən 557,4 milyon kubmetr ARDNŞ-nin layihədəki payına düşüb, qalan 1,6 milyard kubmetrdən çox həcm isə şirkət tərəfindən satın alınıb.

"Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: BP (operator) - 25,5%, "Statoil" - 25,5%, NICO - 10%, "Total" - 10%, "LUKoil" - 10%, TPAO - 9%, ARDNŞ - 10%.

Xəbər lenti

Xəbər lenti