...

Azərbaycan perspektivdə neft emalına 20 milyard dollar sərmayə qoymaq niyyətindədir - nazir

Energetika Materials 27 Sentyabr 2011 11:24 (UTC +04:00)
Azərbaycan perspektivdə neft emalının inkişafı çərçivəsində bu sahəyə 20 milyard dollara yaxın sərmayə qoyacaq.
Azərbaycan perspektivdə neft emalına 20 milyard dollar sərmayə qoymaq niyyətindədir - nazir

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycan perspektivdə neft emalının inkişafı çərçivəsində bu sahəyə 20 milyard dollara yaxın sərmayə qoyacaq. Trend-in məlumatına görə, çərşənbə axşamı "Azərbaycanın dövlət müstəqilliyi: Sənaye-energetika kompleksi, yeni zirvələrə doğru yollarda" mövzusunda keçirilən "dəyirmi masa"da sənaye və energetika naziri Natiq Əliyev bildirib.

"Müstəqilliyin bərpa edilməsindən sonra Azərbaycanın neft-qaz sektoru böyük yüksəlişə nail olub, inkişaf bütün sahələr, eləcə də neft və qaz hasilatı, emal, kimya istehsalında müşahidə olunub", - nazir deyib.

90-cı illərin əvvəllərində ölkədə neft hasilatının həcmi ildə 9 milyon tona yaxın idisə, ötən il bu göstərici 50 milyon tonu ötüb və artım müvafiq olaraq 5,5 dəfə təşkil edib.

Əliyevin sözlərinə görə, qaz hasilatı sahəsində də uğur əldə olunub. Əgər Azərbaycan əvvəllər öz tələbatını ödəmək üçün qaz idxal edirdisə, hazırda ölkə bir neçə dövlətə qaz ixrac edir və inkişaf etmiş qaz infrastrukturuna malikdir.

Xəbər lenti

Xəbər lenti