...

Azərbaycanın yeni yataqları və perspektivli strukturlarının ehtiyatları açıqlanıb

Energetika Materials 28 Sentyabr 2011 11:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir E.İsmayılov/

Xəzərin Azərbaycan sektorunda yerləşən və axtarış-kəşfiyyat işlərinin aparılması planlaşdırılan yeni yataqların və perspektivli strukturlarının ehtiyatları 2,95 milyard ton şərti yanacaq həcmində qiymətləndirilir. Bu barədə "Müstəqil Azərbaycan 20 il ərzində" milli sərgisində ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) rəsmi stendində açıqlanan proqnozlarda deyilir.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş sərgi sentyabrın 27-dən sentyabrın 29-dək "Baku Expo" Sərgi Mərkəzində keçirilir.

Yeni yataqların və perspektivli strukturlarının qaz ehtiyatları 2,95 milyard kubmetr, kondensat 350 milyon ton həcmində qiymətləndirilir.

Proqnozlara görə, qaz ehtiyatları və kondensatın nisbətən böyük həcmi "Araz-Alov-Şərq" və "Şəfəq-Asiman" perspektivli bloklarındadır. Bu bloklarda müvafiq olaraq 700 milyard kubmetr qaz, 90 milyon ton kondensat və 500 milyard kubmetr qaz, 65 milyon ton kondensat var.

Digər perspektivli bloklardakı ehtiyatlar aşağıdakı şəkildə qiymətləndirilir: "Babək" - 300 milyard kubmetr qaz, 45 milyon ton kondensat, "Naxçıvan" - 300 milyard kubmetr qaz, 38 milyon ton kondensat, "Zəfər-Məşəl" - 300 milyard kubmetr qaz, 37 milyon ton kondensat.

Perspektivdə ARDNŞ-nin müstəqil şəkildə işləyəcəyi "Ümid" yatağının ehtiyatları 200 milyard kubmetr qaz, 30 milyon ton kondensat təşkil edir. "Abşeron" yatağının ehtiyatları 300 milyard kubmetr qaz, 45 milyon ton kondensat səviyyəsində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti