...

2020-ci ilədək Azərbaycanda alternativ enerjinin payı üç dəfə artacaq

Energetika Materials 14 Mart 2012 11:48 (UTC +04:00)
2020-ci ilədək Azərbaycanda istehlakın ümumi həcmində alternativ enerji mənbələrinin payı hazırkı 2,3 faizdən 9,7 faizə çatdırılacaq.
2020-ci ilədək Azərbaycanda alternativ enerjinin payı üç dəfə artacaq

Azərbaycan, Bakı, 14 mart / Trend müxbir E.İsmayılov /

2020-ci ilədək Azərbaycanda istehlakın ümumi həcmində alternativ enerji mənbələrinin payı hazırkı 2,3 faizdən 9,7 faizə çatdırılacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycanla Avropa arasında külək enerjisi sahəsində əməkdaşlığa həsr olunmuş seminarın gedişində ölkənin Sənaye və Energetika Nazirliyi yanında Alternativ Enerji Mənbələri üzrə Dövlət Agentliyi rəhbərinin müavini Cəmil Məlikov bildirib.

"2020-ci ilədək ümumi həcmi 2 500 meqavat olan yeni enerji istehsal güclərinin formalaşdırılması hesabına istehlakın ümumi həcmində alternativ enerjinin payının artırılması planlaşdırılır", - Məlikov deyib.

Onun sözlərinə görə, 2020-ci ilədək ölkədə istehsalın ümumi həcmində alternativ enerjinin payının hazırkı 10 faizdən 20 faizədək çatdırılması planlaşdırılır. Ötən ilin yekunları üzrə bunun 9,8 faizi su elektrik stansiyalarının, yerdə qalanı isə digər növlərin payına düşür.

Xəbər lenti

Xəbər lenti