...

Hindistan hasilat layihələrində Azərbaycan ilə əməkdaşlığa hazırdır

Energetika Materials 17 Aprel 2012 20:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir E.İsmayılov/

Hindistanın "Videsh Limited" neft-qaz korporasiyası Hindistan və Azərbaycanda, eləcə də digər ölkələrdə kəşfiyyat və hasilat layihələrində işləyən Azərbaycan şirkətləri ilə əməkdaşlıq etməyə hazırdır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan-Hindistan ticari, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə hökumətlərarası komissisıyanın ikinci iclasının yekunlarına dair imzalanan protokolun mətnində deyilir.

Protokola əsasən, iclas zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və "Videsh Limited" şirkəti tərəfindən Mərkəzi Asiya və Hindistana karbohidrogenlərin tədarükünün texniki-iqtisadi əsaslandırılmasının araşdırılması imkanları haqqında razılıq əldə edilib.

2007-ci ildə ARDNŞ və "Videsh Limited" neft-qaz korporasiyası enerji sektorunda əməkdaşlıq haqqında protokol imzalayıb.

İclas zamanı Hindistan tərəfi enerji sahəsində əməkdaşlıq, eləcə də hər iki ölkənin güclü tərəflərinin və ekspertiza sahələrinin müəyyən edilməsi məqsədilə tezliklə ekspertlərdən ibarət birgə işçi qrupunun görüşünün Nyu-Dehli şəhərində keçirilməsini təklif edib.

Həmçinin, iclas zamanı Azərbaycan tərəfi Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əlaqələndirmə şurasının növbəti iclasının 2012-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı müsbət mövqeyini ifadə edib.

İclas zamanı Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində dəmiryol xətlərinin birləşdirilməsi üçün çatışmayan hissə olan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmiryolunun tikintisinin başa çatdırılmasının zəruriliyi qeyd edilib.

Xəbər lenti

Xəbər lenti