...

TANAP layihəsinin yeni səhmdarı ola bilər

Energetika Materials 4 İyun 2012 18:52 (UTC +04:00)
Azərbaycan qazının Avropaya nəqli layihəsi - TANAP-ın iştirakçılarının sayı və qaz kəmərinin gücü arta bilər.
TANAP layihəsinin yeni səhmdarı ola bilər

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir A.Tağıyeva/

Azərbaycan qazının Avropaya nəqli layihəsi - TANAP-ın iştirakçılarının sayı və qaz kəmərinin gücü arta bilər. Trend-in Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov bildirib.

"TANAP layihəsində digər ölkələr, məsələn, Ukrayna iştirak edə bilər. Bu məsələ üzrə yekun qərar qəbul edilməyib. Hər şey Azərbaycan, Türkiyə və "Şahdəniz" konsorsiumundan asılıdır", - Bağırov deyib.

"Nabukko" layihəsinə toxunan səfir deyib ki, bu layihənin uğursuzluğa düçar olduğunu söyləmək hələ tezdir. Onun sözlərinə görə, layihə digər ad və konsepsiya ilə reallaşdırıla bilər.

Xəbər lenti

Xəbər lenti