...

İran Xəzər regionu ilə Fars körfəzinin birləşməsində mühüm rol oynaya bilər

Energetika Materials 6 İyun 2012 14:23 (UTC +04:00)
İran Xəzər regionu ilə Fars körfəzinin birləşməsində mühüm rol oynaya və həmin regionlarda enerji sahəsində əməkdaşlığın inkişafını təmin edə bilər.
İran Xəzər regionu ilə Fars körfəzinin birləşməsində mühüm rol oynaya bilər

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir A.Bədəlova/

İran Xəzər regionu ilə Fars körfəzinin birləşməsində mühüm rol oynaya və həmin regionlarda enerji sahəsində əməkdaşlığın inkişafını təmin edə bilər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakıda keçirilən 19-cu neft-qaz konfransında İranın Neft Nazirliyində Avropa, Amerika və Xəzəryanı ölkələr üzrə İdarənin rəhbəri Hüseyn İsmailli bəyan edib.

Onun sözlərinə görə, Xəzər regionunun potensialı beynəlxaql şirkətlər üçün çox cəlbedicidir.

İranın enerji potensialı barədə danışan İsmailli qeyd edib ki, o OPEK-də ikinci iri neft hasil edən ölkədir.

Onun sözlərinə görə, hazırda İran Türkiyəyə qaz ixrac edir. Lakin ölkə öz qazını Pakistana, Suriyaya, İraqa və Avropaya nəql etmək imkanlarını da öyrənir.

Xəbər lenti

Xəbər lenti