...

Azərbaycandan qazın tədarükünün bərpa edilməsi Gürcüstandan asılıdır

Energetika Materials 21 İyun 2012 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Azərbaycan qazının Gürcüstana ixracını istənilən vaxt bərpa etməyə hazırdır. Bu barədə cümə axşamı Trend-ə ARDNŞ-dəki mənbə bildirib.

Qeyd edək ki, Gürcüstana qazın verilişi mayda dayandırılmışdı.

"Qazın verilişi istənilən vaxt bərpa edilə bilər. Gürcüstan tərəfi aşağı tələbat səbəbindən qazın qəbulunu müvəqqəti dayandırıb və zərurət yaranarsa, sifariş əsasında ARDNŞ Gürcüstana qazın tədarükünü bərpa edəcək", - mənbə qeyd edib.

Xəbər lenti

Xəbər lenti