...

ARDNŞ Ukraynada növbəti yanacaqdoldurma məntəqələrini istismara verib (FOTO)

Energetika Materials 3 Avqust 2012 15:13 (UTC +04:00)
"Западная топливная группа" MMC (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ukraynanın qərb bölgəsindəki yanacaqdoldurma məntəqələrini (YDM) idarə edir) Lvov vilayətində SOCAR brendi altında 3 yeni YDM-i istismara verib.
ARDNŞ Ukraynada növbəti yanacaqdoldurma məntəqələrini istismara verib (FOTO)

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir E.İsmayılov/

"Западная топливная группа" MMC (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ukraynanın qərb bölgəsindəki yanacaqdoldurma məntəqələrini (YDM) idarə edir) Lvov vilayətində SOCAR brendi altında 3 yeni YDM-i istismara verib. Bu barədə cümə günü Trend-ə ARDNŞ-nin Ukraynadakı nümayəndəliyindən məlumat verilib.

Məlumata əsasən, stansiyalardan biri Lvovdakı Navrotski küçəsində, digər ikisi isə Yavorovski rayonunun Malexiv və Jovkovski rayonunun Ryasno Russkoye kəndlərində yerləşir.

Bundan əvvəl həmin yanacaqdoldurma kompleksləri GFC brendi altında işləyiblər, "SOCAR Energy Ukraine" MMC onları "Галицкая топливная компания "Бизнес" MMC-dən aldıqdan sonra adları dəyişdirilib.

Stansiyalarda satışda A-92, A-95 benzinləri, habelə Nano 95 və Nano Diesel kimi yanacaq növləri var.

Bununla da Lvov vilayətində SOCAR brendi altında yanacaqdoldurma məntəqələrinin sayı 7-yə çatıb.

Xəbər lenti

Xəbər lenti