...

ARDNŞ yeni bazarları öyrənir

Energetika Materials 1 Oktyabr 2012 13:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) əsas xarici fəaliyyətinin İsveçrə bazarında cəmləşməsinə baxmayaraq, Qərbi Avropa və qeyri-Avropanın yeni bazarlarını öyrənir. Bu barədə bazar ertəsi Trend-ə şirkətin yüksək vəzifəli nümayəndəsi bildirib.

"İyulun 1-dən başlayaraq, biz İsveçrədə "Exxon Mobil"dən əldə etdiyimiz biznesi tam idarə edirik. SOCAR brendi altında ilk yanacaqdoldurma məntəqəsinin açılışı olub. Orada şirkətin yeni loqosundan istifadə edilib. İl ərzində İsveçrədə yanacaqdoldurma məntəqələrinin ümumi addəyişməsini başa çatdırmağı planlaşdırırıq", - mənbə qeyd edib.

Onun sözlərinə görə, gələcəkdə şirkətin bütün yanacaqdoldurma məntəqələrində yeni loqotipin istifadə edilməsi mümkündür.

"Hələlik biz onu İsveçrə bazarı üçün tətbiq edirik. Loqo çox peşəkar hazırlanıb və Avropa alıcısını çox cəlb edir. Avropa bazarlarından diqqətimizi hələlik İsveçrədə cəmləşdirmişik. Biz mütəmadi olaraq yeni bazarları öyrənirik. Bura Avropa və digər bazarlar daxildir. Lakin hazırda konkret layihələrdən danışmaq hələ tezdir", - mənbə vurğulayıb.

Xəbər lenti

Xəbər lenti