...

ARDNŞ-də yeni "Tullantı Mərkəzi"nin yaradılması müzakirə olunub

Energetika Materials 12 Oktyabr 2012 15:38 (UTC +04:00)
ARDNŞ-nin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadənin sədrliyi ilə ekoloji layihələrin idarəedilməsi üzrə layihə qrupunun ilk iclası keçirilib.
ARDNŞ-də yeni "Tullantı Mərkəzi"nin yaradılması müzakirə olunub

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

ARDNŞ-nin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadənin sədrliyi ilə ekoloji layihələrin idarəedilməsi üzrə layihə qrupunun ilk iclası keçirilib.

Trend Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, görüşdə ARDNŞ-nin ekologiya üzrə vitse-prezidentinin təklifi ilə mövcüd ekoloji problemlər və onların həlli yolu, ARDNŞ-də yeni "Tullantı Mərkəzi"nin yaradılması, yeni qurğuların alınması, qazma və neft şlamlarının utilizasiyası, Neftqazçıxarma idarələrində hasil olunan lay sularının qapalı sistemlərlə təmin edilməsi məsələləri müzakirə edilib.

Layihə qrupu tərəfindən ümumilikdə 7 konkret təklif irəli sürülüb və müzakirə nəticəsində təkliflər yekdilliklə qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti