...

Natiq Əliyev: Azərbaycan Ukraynaya neft ixracını bərpa etməyə hazırdır

Energetika Materials 5 Aprel 2013 15:15 (UTC +04:00)
Azərbaycan Ukraynaya xam neftin tədarükünü bərpa etməyə hazırdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri ilə görüşdə iştirak edən sənaye və energetika naziri Natiq Əliyev deyib.
Natiq Əliyev: Azərbaycan Ukraynaya neft ixracını bərpa etməyə hazırdır

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycan Ukraynaya xam neftin tədarükünü bərpa etməyə hazırdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri ilə görüşdə iştirak edən sənaye və energetika naziri Natiq Əliyev deyib.

"Ukraynanın energetika və kömür sənayesi naziri Eduard Stavitski ilə görüşdə Ukraynanın Azərbaycan neftinin tədarükündə maraqlı olduğu səsləndirilib. Belə olan təqdirdə, Ukrayna müvafiq güzəştli şərtlər yaratmalıdır. Bu məsələ müzakirə edilir. Əgər Ukrayna müvafiq təşəbbüslə çıxış etsə, Azərbaycan xam neftin tədarükünü bərpa etməyə hazırdır", - Əliyev qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan ötən il Ukraynaya neft ixracını dayandırıb ki, bu da Gömrük İttifaqının yaradılması və Rusiya neftinin Belarusa daha aşağı qiymətə tədarükü ilə bağlı olub. Belə şəraitdə Azərbaycan nefti rəqabətə tab gətirə bilməyib.

Nazir Azərbaycan qazının Ukraynaya tədarükü məsələsi ilə bağlı deyib ki, hazırda Azərbaycan Ukraynanın svop tədarüklərlə bağlı təkliflərini nəzərdən keçirir.

Bu təkliflə Stavitski Əliyevlə görüşündə çıxış edib. Tədarüklərin Rusiya ərazisindən keçməklə həyata keçirilməsi nəzərdə tutulur.

"Bu təklif maraqlıdır, lakin onun razılaşdırılmasına və bəzi texniki məsələlərin həllinə ehtiyac var. Bu, nəqliyyat xidmətlərinin ödənişi, layihədə bir neçə şirkətin iştirakı və s. ilə bağlıdır. Bu nəzərə alınaraq, 2014-cü ildə Ukraynaya svop qaz tədarüklərini təşkil etmək çətin olacaq", - Əliyev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti