...

Azərbaycan üçün neft hasilatının optimal həcmi açıqlanıb

Energetika Materials 28 Aprel 2014 14:52 (UTC +04:00)
Azərbaycanda 40-45 milyon ton həcmində neft hasilatı neftin lazımi həcmdə satışından ölkəyə gəlirləri təmin etmək üçün kifayət edəcək.
Azərbaycan üçün neft hasilatının optimal həcmi açıqlanıb

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir E.İsmayılov/

Azərbaycanda 40-45 milyon ton həcmində neft hasilatı neftin lazımi həcmdə satışından ölkəyə gəlirləri təmin etmək üçün kifayət edəcək. Trend-in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev bazar ertəsi Bakıda keçirilən VII Xəzər neft-qaz ticarət-nəqliyyat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanda neft hasilatının həcmi sabitləşir və onun hazırkı səviyyəsi ölkəyə kifayət edir.

Qeyd edək ki, 2014-cü ilin yanvar-mart aylarında 10,43 milyon ton neft və qaz-kondensatı hasil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti