...

5 rayonun qaz təchizatı məhdudlaşdırılır

Energetika Materials 4 Noyabr 2014 10:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qaz nəqli sistemində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 14:00-dan 16:00-dək Ağdaş rayonunun bir hissəsinə, saat 14:00-dan 18:00-dək Samux rayonunun bir hissəsinə, saat 16:00-dan 18:00-dək Yevlax rayonunun Xaldan, Hacıselli, Marzılı və Yenicə kəndlərinə, həmçinin bu gündən başlayaraq 5 noyabr 2014-cü il tarixədək Naftalan rayonuna və Goranboy rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti