...

2 kəndə təbii qaz verilib

Energetika Materials 27 Oktyabr 2016 18:49 (UTC +04:00)
Bu gün Beyləqanın İkinci Şahsevən və Aşağı Çəmənli kəndlərinə təbii qaz verilib.
2 kəndə təbii qaz verilib

Bakı. Trend:

Bu gün Beyləqanın İkinci Şahsevən və Aşağı Çəmənli kəndlərinə təbii qaz verilib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 584 abonenti olan İkinci Şahsevən kəndi və 243 abonenti olan Aşağı Çəmənli kəndinin qazlaşdırılması üçün məhəllədaxili qaz xətləri çəkilib, mənzillər sayğac və fərdi tənzimləyicilərlə təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti