...

Avropa İnvestisiya Bankı TAP-a 1,5 milyard avro kredit ayrılmasını təsdiq etdi (YENİLƏNİB)

Energetika Materials 6 Fevral 2018 20:32 (UTC +04:00)
Avropa İnvestisiya Bankı TAP-a 1,5 milyard avro kredit ayrılmasını təsdiq etdi.
Avropa İnvestisiya Bankı TAP-a 1,5 milyard avro kredit ayrılmasını təsdiq etdi (YENİLƏNİB)

Bakı. Ləman Zeynalova - Trend:

Avropa İnvestisiya Bankı (EIB) Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik boru kəmərinin (TAP) inşası layihəsi üçün 1,5 milyard avro həcmində kredit ayrılmasını təsdiq edib.

Trend xəbər verir ki, bu barədə "Reuters" agentliyi EIB-yə istinadən məlumat yayıb.

Qərar bu gün bankın Direktorlar Şurasının iclasının yekununda qəbul olunub.

Qeyd edək ki, dəyəri 4,5 milyard avro olan TAP "Cənub Qaz Dəhlizi" layihəsinin bir hissəsidir və Türkiyə-Yunanıstan sərhədində TANAP-la birləşəcək.

Bu günədək "Cənub Qaz Dəhlizi" layihəsinə Asiya və Avropanın aparıcı beynəlxalq maliyyə qurumları, o cümlədən, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı və Dünya Bankı qrupunun digər üzvü olan Çoxtərəfli İnvestisiya Təminatı Agentliyinin (MIGA) qarşılıqlı zəmanəti ilə bir sıra kommersiya bankları tərəfindən birbaşa kredit vasitəsilə dəstək göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti