...

Daşkəsəndə fəaliyyəti dayanmış 3 elektrik xəttindən 2-nin işi bərpa edilib

Energetika Materials 25 İyun 2018 10:44 (UTC +04:00)
Daşkəsəndə leysan yağışları nəticəsində fəaliyyəti dayanmış 3 elektrik xəttindən 2-nin işi bərpa edilib.
Daşkəsəndə fəaliyyəti dayanmış 3 elektrik xəttindən 2-nin işi bərpa edilib

Bakı. Samir Əli - Trend:

Daşkəsəndə leysan yağışları nəticəsində fəaliyyəti dayanmış 3 elektrik xəttindən 2-nin işi bərpa edilib.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Trend-ə açıqlamasında deyib ki, əsas ziyan dəymiş kəndlərdən olan Xoşbulaq kəndinə elektrik enerjisinin verilişi 2 saata bərpa olunacaq:

"Qaraqullar kəndində elektrik enerjisinin bərpası üçün də işlər aparılır. Təbii fəlakət nəticəsində həmin kəndə gedən yollar bağlandığı üçün mal-material və texnikamızı əraziyə apara bilməmişik. Təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün əraziyə yeni dayaqlar gətirilib".

Qeyd edək ki, bu gecə Daşkəsəndəki leysan yağışları nəticəsində rayonun kəndlərini elektrik enerjisi ilə təmin edən 3 əsas xətdə problem yaranıb. Rayonun elektrik enerjisi infrastrukturuna ziyan dəyib. Enerjisi verilişində əsas problemlər Daşkəsənin çayqırağı kəndlərində qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti