...

Avropada təbii qaz 15 faiz bahalaşıb

Energetika Materials 1 Aprel 2022 10:28 (UTC +04:00)
Avropada təbii qaz 15 faiz bahalaşıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Avropa birjalarında təbii qazın qiymətləri min kubmetr üçün 1 500 dolları ötüb.

Trend-in məlumatına görə, Niderlandın TTF habında təbii qazın aprel fyuçersləri 1 522 dollar ətrafında alınıb-satılır.

Ötən günün əvvəli ilə müqayisədə Avropada təbii qaz qiymətləri 15 faizdən çox artıb.

Qeyd edək ki, ötən gün Rusiya prezidenti Vladimir Putin dost olmayan ölkələrə qaz satışının aprelin 1-dən etibarən rublla həyata keçirilməsi barədə fərman imzalayıb.

Xatırladaq ki, martın 7-də Avropada təbii qaz qiymətləri tarixi rekord vuraraq 3 900 dollara çatmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti