...

Azərbaycanda istiliktənzimləməsi olan binalar tikmək lazımdır - Adel Murtada

Energetika Materials 17 Oktyabr 2022 11:24 (UTC +04:00)
Azərbaycanda istiliktənzimləməsi olan binalar tikmək lazımdır - Adel Murtada
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın enerjiyə qənaət sahəsində böyük inkişaf potensialı mövcuddur.

Bunu cümə günü Trend-ə Livanın Enerjiyə Qənaət və Ətraf Mühitin Mühafizəsi Assosiasiyasının binalarda enerji səmərəliliyi üzrə baş eksperti, həmçinin Aİ tərəfindən Azərbaycanda enerji səmərəliliyi layihəsi üzərində işləmək üçün dəvət olunmuş ekspert Adel Murtada deyib.

"Azərbaycanda enerji istehlakının tənzimlənməsinin qiymətləndirilməsinə ehtiyac var. Biz hazırda bunun üzərində işləyirik. Bu gün Azərbaycanda diqqət əsasən istilik mövsümünə yönəlib, lakin ölkədə ən çox elektrik enerjisi istehlakı yay aylarında olur. Bu baxımdan, binaların soyutma sistemlərinin inkişaf etdirilməsi zəruridir. Həmçinin, günəş şüalarından qorunma texnologiyası uğurla tətbiq oluna bilər", - deyə o bildirib.

Onun sözlərinə görə, Azərbaycanın kommersiya və mənzil sektorunda enerjiyə qənaət potensialı 50-60 faiz arasındadır.

"Gələcəkdə istiliktənzimləməsi olan binalar tikmək lazımdır, eyni zamanda, mövcud binalar müvafiq qaydada abadlaşdırılmalıdır", - o əlavə edib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti