...

BU GÜN GÜRCÜSTANIN YANACAQ VƏ ENERGETİKA NAZİRİNİN BAKIYA SƏFƏRİ GÖZLƏNİLMİR

Energetika Materials 6 İyul 2005 13:21 (UTC +04:00)

Nazirliyin rəsmi nümayəndəsinin Trend agentliyinə verdiyi məlumatına görə, AR Sənaye və Energetika Nazirliyi (SEN) 6 iyulda Gürcüstanın yanacaq və energetika naziri Nik Qilaurinin Bakıya səfər edəcəyi ilə bağlı KİV-də yayılmış məlumatı təkzib edib. "Biz Gürcüstanla danışıqlar aparmışıq və bizə məlumat veriblər ki, bu gün Gürcustanın yanacaq və energetika nazirinin Bakıya səfəri nəzərdə tutulmayıb", - deyə nazirlikdə bildiriblər.

Lakin AR Sənaye və Energetika Nazirliyində Gürcüstan nazirinin səfərinin bu həftə baş tutacağının mümkünlüyü qeyd edilib. "Hazırda bu məsələ dəqiqləşdirilir", - deyə SEN-də bildiriblər.

Xəbər lenti

Xəbər lenti