...

"2006-2015-ci illərdə Azərbaycanda istilik təchizat sisteminin inkişafı üzrə" Dövlət Proqramı noyabrın ortalarında Prezident aparatına təqdim olunacaq

Energetika Materials 2 Noyabr 2005 12:45 (UTC +04:00)

"2006-2015-ci illərdə Azərbaycanda istilik təchizat sisteminin inkişafı üzrə" Dövlət Proqramı noyabrın ortalarında Prezidentin İcra Aparatına təqdim olunacaq. Bu barədə Trend ə Azəristiliktəchizat SC-nin sədr müavini İlham Mirzəliyev bildirib.

Onun sözlərinə görə, hazırda sənəd üzərində iş başa çatmaqdadır. "Biz bütün müvafiq orqanların, xüsusilə Sənaye və Energetika, İqtisadi İnkişaf, Maliyyə Nazirlikləri və Dövlət İnşaat və Memarlıq Komitəsinin rəylərini almışıq. Hazırda rəylər və təkliflər nəzərə alınmaqla sənədin son variantı hazırlanır. Hesab edirəm ki, bu proses yaxın 10 gün ərzində başa çatacaq və Dövlət Proqramı prezidentin İcra aparatına təqdim olunacaq", - deyə o qeyd edib.

Dövlət Proqramında məqsəd bazar iqtisadiyyatı prinsipləri üzrə istilik təchizat sistemininn mərhələli inkişafı, investisiyaların cəlb olunması üçün əlverişli şəraitin yaradılması, müasir tipli effektiv texnologiya tətbiq etməklə istilik təchizat xidmətinin təşkilinin yaxşılaşdırılmasının təmin olunmasınlan ibarətdir.

Xəbər lenti

Xəbər lenti