...

Arbitraj Frontera Resources şirkətinə məhkəmə təhqiqatı zamanı AR DNŞ-in məruz qaldığı xərcin üçdə bir hissəsini ödəməyi tapşırıb

Energetika Materials 26 Yanvar 2006 15:40 (UTC +04:00)

AR DNŞ 1998-ci ildə "Kürsəngi-Qarabağlı" quru bloku üzrə imzalanmış PSA ilə bağlı Stokholmdakı məhkəmə təhqiqatı zamanı Frontera Resources Corporation şirkətinin qaldırdığı iddiaya etirazını bildirib. Trend bildirir ki, AR DNŞ-in məlumatında məhkəmə təhqiqatının 2005-ci ilin martında Stokholmda keçirildiyi və tərəflərin nəticə ilə bağlı bu yaxınlarda xəbərdar edildiyi qeyd olunur.

Sənəddə deyilir ki, Frontera Resources Corporation hüquqi xərclərin ödənməsi və faizi də daxil olmaqla təxminən $22 mln. tələb edirdi. "Onların iddiası guya onların yataqdan hasil etdiyi bütün neftin PSA üzrə öz öşdəliklərinə riayət olunmadan AR DNŞ-ə tədarük etməsi ilə bağlı olan ixracı hüququna əsaslanır" -deyə məlumatda qeyd olunur.

Azərbaycan Gömrüyü Frontera Resources Corporation şirkətinin bu ixrac fəaliyyətini 2000-ci ilin noyabrında dayandırıb.

Məlumatda həm də qeyd olunur ki, AR DNŞ-in arbitraj məhkəməsinin yekunlarına əsasən bu neftdə Frontera Resources Corporation şirkətinin payına qarşı $1,2 mln. (işin bu aspekti ilə bağlı faktiki iddia $1,9 mln. təşkil edir) ödəməsi ilə bağlı göstəriş verilməsinə baxmayaraq bu, onların ilkin iddiası ilə müqayisədə xeyli azdır. "Maraqdı həm də odur ki, məhkəmə Frontera Resources şirkətinə onların iddia qaldırılması ilə bağlı hüquqi xərclərinin ödənməsinə dair qərar qəbul etməyib, amma onlara AR DNŞ-in məruz qaldığı xərclərin üçdə bir hissəsinin ödənməsi barədə göstəriş verib" -deyə sənəddə deyilir.

Beləliklə, qərara alınmış $1,2 mln. AR DNŞ-in öz xərclərinin ödənməli olan məbləğinə görə azaldılmalıdır. Hər halda AR DNŞ məhkəmə qərarının bu hissəsindən şikayət vermək imkanını nəzərdən keçirəcək. "AR DNŞ bu nəticəni mövqeyinin tam bəraəti olaraq nəzərdən keçirəcək" -deyə məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti