...

PCH Offshore şirkətinin işi üzrə növbəti dinləmə martın 15-də keçiriləcək

Energetika Materials 13 Mart 2006 16:06 (UTC +04:00)

Martın 15-də Bakı şəhəri Səbail rayon məhkəməsində PCH Offshore şirkətinin işi üzrə növbəti dinləmə keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın nef-qaz sənayesi işçilərinin həmkarlar ittifaqları Respublika Komitəsindən məlumat verilib. İclasda iddiaçı Vüsal Cəfərovun işi üzrə məsələlərə baxılacaq.

Komitədə qeyd ediblər ki, PCH Offshore şirkətindən çıxarılmış ikinci iddiaçı Anar Bədəlovun işi üzrə məhkəmə iclasının dəqiq tarixi yaxın vaxtlarda müəyyənləşdiriləcək.

"Elə həmin gün məhkəmə Kentec şirkətindən çıxarılmış Davud Qasımovun iddiasına baxacaq", - deyə dövlət strukturundan bildirilib.

İddiaçıların hüquqlarını Bos Shelf şirkətinin hüquqşünası Azər Quliyev müdafiə edir. İddiaçıların əsas tələbi əvvəlki iş yerlərinə bərpa olunmaqdır.

Bütün bunların təşəbbüskarı həm də işin bütün maliyyə tərəflərini həll edən komitədir.

Xəbər lenti

Xəbər lenti