...

"Azərenerji"də hesab olunur ki, Barmek investisiya müqaviləsi üzrə öhdəliklərin cüzi hissəsini də yerinə yetirməyib

Energetika Materials 14 Mart 2006 16:23 (UTC +04:00)

Barmek şirkəti fəaliyyət göstərdiyi 4 il ərzində investisiya müqaviləsi üzrə öhdəliklərin cüzi hissəsini də yerinə yetirməyib. Trend bildirir ki, bu barədə "Azərenerji" SC-nin mətbuat xidmətinin məlumatında deyilir.

Layihələrin inkişaf proqramına daxil edilmiş 110 kilovoltluq yarımstansiyalar - Yasamal rayonunda "Nərimanov", Xətai rayonunda "Qara şəhər", Nəsimi rayonunda "İdman sarayı", Səbael rayonunda "İçərişəhər" indiyədək inşa edilməyib.

Məlumatda deyilir ki, "Barmek" tərəfindən təmir edilmiş 110-35 kV-luq yarımstansiyalardan 35 kilovoltluq EÖX-də reabilitasiya işi də qənaətbəxş deyil. Bu yarımstansiyalarda təmir edilmiş köhnə transformatorlar quraşdırılıb və bunlar sənədlərə əsasən yeni sayılır. Bu işlərlə bağlı xərclər investisiya hesabatına daxil edilib. Halbuki bunlar faktiki olaraq "şəbəkələrin təminatı" bəndində nəzərdə tutulub və elektrik enerjisinin pərakəndə satış qiymətinə daxil edilib.

Xəbər lenti

Xəbər lenti