...

ARDNŞ yanvar-fevral ayında istismar qazma işlərini 30,7% azaldıb

Energetika Materials 17 Mart 2006 15:43 (UTC +04:00)

Yanvar -fevral aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) neft və qaz çıxarma idarələri (NQÇİ) 12,257 min metr istismar qazma işləri həyata keçiriblər ki, bu da ötən ilin anraloji dövrü ilə müqayisədə 8,104 min metr azdır. 2006-cı ilin yanvar-fevral aylarında istismar qazma işləri üzrə plan 92,1% yerinə yetirilib.

ARDNŞ-dən bildirilib ki, bu dövrdə ARDNŞ-in NQÇİ 250 metr kəşfiyyat qazma işləri aparıblar ki, bu da ötən ilin analoji dövründəkindən 77 metr çoxdur. Kəşfiyyat qazma işlərinin planı 100% yerinə yetirilib.

2006-cı ilin fevralında ARDNŞ NQÇİ üzrə qazma işləri belədir:

Fevral, 2006-cı il

Plan

Fakt

%

+/-

Qazıntı cəmi (metrlə)

10005

10027

100,2

22

İstismar

9950

9972

100,2

22

Kəşfiyyat

55

55

100,0

0

Xəbər lenti

Xəbər lenti