...

Azərbaycanın neft sənaeysinə $15 milyarddan artıq investisiya qoyulub

Energetika Materials 17 Mart 2006 17:43 (UTC +04:00)

Bu günə kimi neft sənayesində infrastrukturun inkişafına artıq $15 mlrd-dan artıq xarici investisiya qoyulub. Trend in müxbirinin Tbilisidən verdiyi məlumata görə, bu barədə Gürcüstanda keçirilən 5-ci "Neftğ, Qaz, Energetika və İnfrastruktura" (GIOGIE-2006) beynəlxalq konfransında Azərpbaycanın Sənaye və Energetika Nazirliyinin yanacaq-energetika əməliyyatları şöbəsinin rəisi İdris Rzabəyov məlumat verib.

Onun sözlərinə görə, "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağında sübut edilmiş cəlb edici neft ehtiyatları 1 mlrd. ton, 120 mlrd. m3 qaz və 8 mln. ton kondensatdan ibarətdir. "Şahdəniz" yatağında sübut edilmiş qaz ehtiyatları demək olar ki, 1 trln. m3, kondensat ehtiyatları isə 150 mln. tondan artıqdır.

İdris Rzabəyov öz məruzəsində bildirib ki, hazırda "Şahdəniz" layihəsinin "Mərhələ-2" üzrə qiymətləndirmə işləri aparılır və bu mərhələdə qaz hasilatını il ərzində 8-12 mlrd. kubmetrə çatdırmaq nəzərdə tutulub. "Mərhələ-2" çərçivəsində qaz hasilatına 2011-ci ilin sonlarında başlamaq planlaşdırılıb", - deyə o bildirib.

"Şahdəniz" layihəsinin "Mərhələ-1" çərçivəsində hazırda tikinti işləri aparılır və buradan ildə 9 mlrd. m3 qaz və 2 mln. ton kondensat çıxarılması planlaşdırılır. ""Mərhələ-1" çərçivəsində 14 quyu qazılacaq ki, onlardan 5 -i sualtı -quyuağzı sonluqludur", - deyə İ.Rzabəyov bildirib.

Xəbər lenti

Xəbər lenti