...

ARDNŞ "Qərbi Abşeron" strukturunun cənub hissəsində iki quyunun qazmasına başlayacaq

Energetika Materials 30 Mart 2006 18:08 (UTC +04:00)

Yaxın vaxtlarda ARDNŞ-in neft-qaz hasilatı üzrə "Azneft" İB "Qərbi Abşeron" strukturunun cənub hissəsində iki quyunun qazmasına başlayacaq. Bunlardan biri - qiymətləndirmə quyusu "Abşeron" qazma qurğusu, digəri - öncəqazma quyusu isə "Xəzər" qurğusu ilə qazılacaq. Bu barədə Trend ə ARDNŞ-də bildirilib.

Qiymətləndirmə quyusunun dərinliyi 750 metr, öncəqazma quyusunun layihə dərinliyi isə təxminən 800 metr təşkil edəcək.

ARDNŞ-də hesab olunur ki, açıq yataq işlənib hazırlanma üçün səmərəlidir. Bu, onunla izah olunur ki, yataq sahilə, eləcə də neftin nəqli üçün mövcud kommunikasiyaya yaxındır. Hazırda yatağın bu hissəsində ehtiyatların konturlaşdırılması və qiymətləndirilməsi aparılır.

Bu ilin sonunadək ARDNŞ "Qərbi Abşeron" strukturunun cənub hissəsində hasilat platforması quraşdırmaq niyyətindədir. Platforma sahildən 40-50 metr kənarda sahilyanı zonada quraşdırılacaq. Mütəxəssislərin qiymətləndirməsinə görə, yataqda təxminən 1,5 mln. ton şərti yanacaq var.

Xəbər lenti

Xəbər lenti