...

Yanvar-aprel aylarında Azneftkimyamaş ASC məhsul istehsalını artırıb

Energetika Materials 8 May 2006 14:23 (UTC +04:00)

2006-cı ilin yanvar-aprel aylarında Azneftkimyamaş ASC 6 mln AZN məbləğində neft-mədən və geoloji-kəşfiyyat avadanlığı istehsal edib ki, bu da 2005-ci ilin analoji dövrü ilə müqayisədə 3% çoxdur. Bu barədə Trend ə ASC-dən məlumat verilib.

Azneftkimyamaş ASC prezidentin 22 mart 2001-ci il tarixli sərəncamı ilə Azneftkimyamaş DŞ bazasında yaradılıb. ASC-nin tərkibinə 14 maşınqayırma zavodu, 4 elmi-tədqiqat və layihə-quraşdırma institutları daxildir.

2006-cı ilin yanvar-aprel aylarında "Səttarxan adına" zavod 636,4 min AZN, Sabunçu EİB - 803,6 min AZN, Suraxanı maşınqayırma zavodu - 793,8 min AZN, Bakı fəhləsi -816,7 min AZN, Bakı maşınqayırma zavodu -534,2 min AZN məbləğində məhsul istehsal edib.

2006-cı ildə Azneftkimyamaş 105 mlrd manat dəyərində məhsul istehsal etməyi nəzərdə tutur ki, bu da 2005-ci illə müqayisədə 15 mlrd çoxdur.

Xəbər lenti

Xəbər lenti