...

Ukraynada Azərbaycan yanacaq doldurma stansiyalar şəbəkəsinin yaradılması imkanları müzakirə olunub

Energetika Materials 24 May 2006 10:48 (UTC +04:00)

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Viktor Yuşenko Ukraynada yanacaq doldurma stansiyalar şəbəkəsinin yaradılması imkanlarını müzakirə edib.

Trend in UNİAN-a istinadən xəbər verdiyi kimi, bu barədə jurnalistlərə Ukrayna prezidenti azərbaycanlı həmkarı ilə Kiyevdə görüşdən sonra bildirib.

Görüş zamanı müzakirə olunan məsələlərdən söz açan V.Yuşenko deyib: "Biz həmçinin, Ukrayna ərazisində Azərbaycan istehsalçılarının da maraqlarının təmsil olunduğu yanacaq doldurma stansiyalar şəbəkəsinin təşkili haqqında danışdıq".

O, bu kontekstdə əldə olunmuş razılaşmanı qeyd edərək bildirib ki, bu işlə 3 gündən sonra yaradılacaq və artıq həm ekspert, həm də peşəkar səviyyədə layihələr hazırlayaraq gerçəkləşdirilmək üçün hər iki ölkə prezidentinə təqdim edən müvafiq işçi qrupu bu işlə məşğul olacaq.

Xəbər lenti

Xəbər lenti