...

Gürcüstan hökuməti ölkəni əsasən "Şahdəniz" yatağından çıxarılan qazla təmin etmək niyyətindədir

Energetika Materials 30 May 2006 15:12 (UTC +04:00)

Gürcüstana çatdırılan qaz tədarükünün tarazlığını təmin etmək üçün hökumət həm "Şahdəniz" konsorsiumunun üzvləri, həm də türk şirkətləri ilə danışıqlar aparır. Gürcüstan Beynəlxalq qaz Korporasiyasından Trend ə verilən məlumata əsasən, hökumət ölkəni lazımı həcmdə qazla təmin etmək niyyətindədir ki, burada əsas pay "Şahdəniz" yatağından çıxarılan qazın payına düşəcək.

"Azərbacyan və Türkiyə ilə bağlanmış sazişlərə əsasən, Gürcüstana tranzitə görə düşən qaz həcmi qalacaq" - deyə korporasiyadan bildirilib. Lakin eyni zamanda qeyd olunub ki, Tbilisi öz hissəsinin artırılması ilə bağlı intensiv danışıqlar aparıb.

Enerji mənbələrinin diversifikasiyası hökumətin qarşısına qoyulan əsas məsələdir. İndiyə qədər Rusiya Gürcüstanı qazla təmin edirdi. Tbilisi və Moskva arasındakı münasibətləri nəzərə alaraq, Gürücstan hökuməti ölkənin enerji təhlükəsizliyi baxımından qaz təchizatını diversifikasiya etmək istəyir.

Gürcüstan ildə 2 mlrd. kubmetr qaz istifadə edir, lakin iqtsadi artım üzündən gələn il bu rəqəm 3 mlrd. kubmetri keçə, 2007-2008-ci illərdə isə 6-8 mlrd. kubmetrə çata bilər.

Xəbər lenti

Xəbər lenti