...

Ceyhandakı çənlər ilk tankerin neftlə doldurulmasına hazırdır

Energetika Materials 2 İyun 2006 13:12 (UTC +04:00)

BTC Co boru kəməri şirkəti Ceyhan limanında ilk tankerin 85 min ton dedveyt ilə doldurulması üçün lazım olan həcmdə çənlərin Azərbaycan nefti ilə doldurulmasını tamamlayıb. Bu barədə Trend ə Türkiyənin Energetika və təbii sərvətlər nazirliyindən xəbər veriblər.

Güman edilir ki, The British Hawtharne tankerinin Ceyhanda neftlə doldurulmasına 2 iyunda başlanacaq. BTC boru kəməri ilə çatdırılmış neftin birinci partiyasını Amerikanın ExxonMobil şirkəti alıb.

Türkiyə KİV-lərinin məlumatına görə, 31 mayda Ankarada Türkiyənin Energetika və təbii sərvətlər naziri Hilmi Gülərlə BOTAS BTC rəhbərliyi və Türkiyə jandarmeriyasının və sahil mühafizəsinin nümayəndələri arasında görüş keçirilib. Bu görüşdə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin mühafizəsi üzrə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məsələləri müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti