...

"Kaztransqaz" Transxəzər qaz kəmərinin çəkilməsi üzrə TİƏ-ni hazırlaya bilər

Energetika Materials 23 İyun 2006 16:27 (UTC +04:00)

"Kaztransqaz" yanacağın Azərbaycan, Gürcüstan və Türkiyə əraziləri ilə Avropaya nəqli üçün Xəzərin dibi ilə qaz kəmərinin çəkilməsinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına başlamağı planlaşdırır. Bu barədə Trend in Astanadakı xüsusi müxbiri məlumat verir.

Qazaxıstanın rəsmi nümayəndələrinin bəyanatına görə, Transxəzər qaz kəməri layihəsinin gerçəkləşdirilməsi bir sıra risklərlə bağlıdır. Bu, ilk növbədə Xəzərin hüquqi statusunun müəyyən olunmaması ilə bağlı hüquqi riskdir.

Bəzi mənbələrin məlumatına görə, TİƏ-nin hazırlanması ilə Qazaxıstanın neft və qaz institutu da məşğul ola bilər.

Xəbər lenti

Xəbər lenti