...

Azərbaycan neftinin qiyməti düşüb

Energetika Materials 6 Dekabr 2006 20:57 (UTC +04:00)

Azeri LT FOB Ceyhan neftinin qiyməti dekabrın 5-də barr/62 ,77$ olub ki, bu da dekabrın 4-ə nisbətən 0,20$/barr. azdır. Trendin verdiyi xəbərə görə, Azeri LT CİF Auqustanın qiyməti dekabrın 5-də 63,40$/barr olub ki, bu da dekabrın 4-nə nisbətən 0?20$/bar azdır. Azeri light neft növü Azərbaycananın "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokundan çıxır ki, onun istehsal operatoru BP-dir. Başqa növlərlə qarışmamış neft Ceyhan turk limanına Bakı-Tiflis-Ceyhan neft kəməri vasitəsilə çatdırılır, Gürcüstanın Supsa limanına isə Bakı-Supsa neft kəməri vasitəsilə və Batumi dəmiryolu ilə çatdırılır. Azeri lightin sıxlığı APİ üzrə 34,8 dərəcədir, çirkliliyi isə 0,15 %-dir. URAL-ın qiyməti dekabrın 5-də 57,78$/barr. olub ki, bu da bundan bir gün əvvələ nisbətən 0,06$/barr.azdır.

Azərbaycan URAL növlü URAL neftini Novorossiysk limanından Bakı-Novorossiysk neft kəməri vasitəsilə satır. Keyfiyyətli Azərbaycan nefti, Azeri lİGht də daxil olmaqla Rusiya neft kəməri sistemində digər növlərlə qarışır və Novorossiysk limanından URAL sortu kimi satılır. URALın sıxlığı APİ üzrə 30,4-31,85 dərəcədir, çirklilik dərəcəsi 1,8%dir.

Dekabrın 5-də DTD-nin qiyməti 63,79$/barr olub ki, bu da dekabrın 4-ə nisbətən 0,24$/barr azdır. DTD-nin sıxlığı APİ üzrə 38,3 dərəcədir, çirklilik faizi 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti