...

Azərbaycan Dövlət Neft Şirkəti Azərkimya DŞ üçün nafta istehsalının həcmini müəyyən edib

Energetika Materials 26 Dekabr 2006 18:05 (UTC +04:00)

Gələn il Dövlət Neft Şirkəti (ARDNŞ) Azərbaycanda kimya istehsalatının ehtiyacı üçün təxminən 270 min ton birbaşa benzin (nafta) istehsal etmək niyyətindədir. Bu barədə Trend ə çərşənbə axşamı ARDNŞ-in emal üzrə vitse-prezidenti Davud Məmmədov məlumat verib. Həmin həcm bu ilin həcminə bərabər olacaq.

Bu zaman 2007-ci ildə respublika əvvəlki kimi bu məhsulu xaricə ixrac etməyi planlaşdırmır.

2006-cı ilin yanvar-noyabr aylarında Azərneftyağ NEZ 298,2 min ton birbaşa benzin istehsal edib, bu isə 2005-ci ilin analoji dövründən 8,9% azdır. Bu il ARDNŞ ixrac üçün cəmi 29,96 min ton nafta satıb.

Nafta kimya məhsullarının istehsalına görə öz qurğuları üçün naftadan yanacaq qismində istifadə edən Azərkimya DŞ tərəfindən alınır.

Xəbər lenti

Xəbər lenti