...

Azərbaycan Rusiya qazının saxlanması məsələsinə baxa bilər

Energetika Materials 13 Fevral 2007 20:49 (UTC +04:00)

"Azəriqaz" QSC bu yaxınlarda Qaradağ yeraltı qaz anbarının yenidən qurulmasına başlamaq niyyətindədir. Bu barədə Trend ə əsasən, "Azəriqaz"ın rəhbəri Əlixan Məlikov məlumat verib.

Onun sözlərinə görə, daha sonra qazın Rusiyanın cənub regionlarına ötürmək üçün Rusiya tərəfnin RF qazının Azərbaycanda saxlanması təklifinə bu prosesin başa çatmasından sonra baxılacaq.

Qaradağ qaz anbarının 5 milyard kub metr qaz saxlamaq imkanına qədər genişləndirilməsi nəzərdə tutulub. Tenderin elan olunacağı ilkin mərhələdə onun 2,3 milyard kub metrədək genişləndirilməsi nəzərdə tutulub. Bununla yanaşı, yerüstü və yeraltı müasirləşdirmə işləri də həyata keçiriləcək. İşlərin tamamlanması 2008-ci ildə nəzərdə tutulub.

Azərbaycanda 2 rezervuar istifadə olunur - Qaradağ və Kalmaz qaz anbarları. Onların ümümi həcmi 1 milyard - 1,1 milyard kub metr qaz təşkil edir.

Xəbər lenti

Xəbər lenti