...

ABŞ Azərbaycanda çoxlu qaz ehtiyatının olduğunu təsdiqləyib

Energetika Materials 16 Fevral 2007 20:19 (UTC +04:00)

Azərbaycan yaxın beş il ərzində təbii qaz istehsalını artırmağa ümid edir və 2012-ci ilə qədər 20 milyard kub metr qaz ixrac edə bilər. Reuters-ə istinadən Trend məlumat verir ki, bu barədə Metyu Brayza regiona səfərindən sonra söyləyib.

"Bu sox böyük həcmdir və ölkədə hazırki istehsalı üstələyir. Tədqiqatlarımız göstərib ki, Azərbaycan ərazisində çoxlu təbii qaz ehtiyatları mövcuddur", deyə, o, əlavə edib.

Azərbaycana baş çəkmiş Amerika nümayəndələri arasında olan Brayza bəyan edib ki, Azərbaycan bu ilin sonuna qədər Yunanıstana qaz ixrac etməyi planlaşdırır.

"2015-2016-cı illərə qədər Azərbaycan ildə 40 milyard kub metr qaz istehsal edə biləcək və 30 milyard kub metrini ixrac edə biləcək", deyə o, bildirib.

İtaliyanın ENI-nin məlumatlarına əsasən, Azərbaycanda qaz ehtiyatları 1,37 trln. kubmetr təşkil edir.

Xəbər lenti

Xəbər lenti