...

Azərbaycan Dövlət Neft Şirkəti mart ayında Bakı-Novorossiysk üzrə öz neft partiyasını yollayacaq

Energetika Materials 20 Fevral 2007 14:12 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) mart ayında Novorossiysk limanından 60 min ton həcmində özünə məxsus neft partiyasını yükləməyi planlaşdırır. Bu barədə Trend ə çərşənbə axşamı ARDNŞ-dan bildiriblər.

Xammalın bir hissəsini ARDNŞ-ın öz yataqlarında hasil etdiyi neft təşkil edəcək, digər hissəni isə birgə müəssisə və əməliyyat şirkətlərinin hasil etdiyi neft təşkil edəcək.

Bu cür vəziyyət hələ bir neçə ay da davam edə bilər.

Hazırda ARDNŞ-ın hasil etdiyi neft bütünlüklə elektrik stansiyaları üçün yanacaq emalı məqsədilə neft emalı zavodlarına göndərilir. Bu onunla əlaqədardır ki, Azərbaycan bu il elektrik stansiyalarında elektrik enerjisinin alınmasında yanacaq kimi istifadə edilən Rusiya qazının idxalından imtina edib.

Fevral ayında ARDNŞ Novorossiyskdən 60 min ton öz neftini satıb.

2006-cı il ərzində Bakı - Novorossiysk marşrutu üzrə ARDNŞ 1 mln. 172 min ton neft (2005-ci ildə - 1 mln. 631 min ton) ixrac edib.

Xəbər lenti

Xəbər lenti