...

ARDNŞ-in öz qaz hasilatının 4 dəfə artırılması üzrə proqramı Rusiyadan yanacaq idxalından ucuz başa gəlir

Energetika Materials 24 Fevral 2007 11:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Əliyev / Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) öz qaz hasilatının artırılması üzrə proqramının dəyəri 600 mln. manat həcmində qiymətləndirilir. 2008-ci ilin sonunadək bu proqram çərçivəsində verilən qazın həcminin 8 mlrd. kub metr olacağı proqnozlaşdırılır. Bu barədə ARDNŞ mütəxəssisləri bildirib.

Proqram hazırlanarkən 2001-2005-ci illərdə hasilatın qiymətləndirilməsi aparılıb. Aydın olub ki, qaza olan əsas tələbat dəniz yataqları hesabına təmin olunur. Ən çox həcm "Bahar", "Bulla-dəniz" və "8 Mart" yataqları hesabına formalaşır. Bu yataqlar təxminən 40 ildir ki, istismar olunur, nəticədə bir sıra qaz quyuları və hidrotexniki qurğular sıradan çıxıb.

Proqramın reallaşdırılması çərçivəsində, o cümlədən "Günəşli" yatağında 17 qaz quyusunun qazılması, yüksək təzyiqli sualtı qaz kəmərlərinin, sutkada 4 mln. kub metr gücündə kompressor stansiyasının tikintisi nəzərdə tutulub.

Dövlət Neft Şirkəti ekspertlərinin qaza olan tələbatın ödənilməsi üzrə hesablamalarında iki variant nəzərdən keçirilib: Rusiyadan qazın alınması və öz qaz proqramının reallaşdırılması.

Mütəxəssislərin hesablamalarına görə, "Qazprom"dan təklif olunmuş qiymətə (məzənnə: 1 ABŞ dolları 0,86 manat) alınmış 4 mlrd. kub metr qaz Azərbaycana 808,4 mln. manata başa gələcək. 1000 kub metr hasilatın maya dəyəri 24 manat olmaqla (2006-cı ilin yekunlarına görə) elə həmin həcmdə öz qazının hasilatı respublikaya 96 mln. manata başa gələcək.

ARDNŞ mütəxəssisləri həmçinin 9% inflyasiya və 10% "diskont" zamanı Rusiyadan qazın alınmasının illik xərclərinin göstəricilərini hesablayıb. Həmçinin öz qazının alınması üçün xərclərin göstəriciləri də hesablanıb.

Azərbaycanda əsas fondların ödənişi zamanı proporsional amortizasiya siyasəti mövcuddur. Beləliklə, proqramın reallaşdırılması üçün zəruri olan vəsaitlərin cəmində (600 mln. manat) 10% - 60 mln. manat amortizasiya nəzərdə tutulub.

2007-ci ildə Azərbaycanda qaz hasilatının proqnozu 6 mlrd. kub metr həcmində, 2008, 2009 və 2010-cu illərdə 8 mlrd. kub metr həcmində müəyyən olunub. Əsas fondların amortizasiya xərclərini, hasilatın maya dəyərini, 10% "diskontu" və 9% inflyasiyanı nəzərə almaqla, illik xərclər aşağıdakı kimi müəyyən olunub: 2007- 200,3 mln. manat, 2008- 243,7 mln. manat, 2009- 238,5 mln. manat, 2010 - 234,1 mln. manat.

Bu zaman hesablamalarda bir fakt da nəzərə alınıb ki, 1000 kub metr qaz hasilatının maya dəyəri 24 manat həcmində müəyyən olunub. 2007-2010-cu illərdə qazılması nəzərdə tutulan yeni quyularda maya dəyəri aşağı olacaq. İstismar xərclərinin də həmçinin aşağı olacağı planlaşdırılır.

Beləliklə, 2007-2010-cu illər ərzində Rusiya qazının alınan həcminin ümumi dəyəri 3,1 mlrd. manat təşkil edəcək. ARDNŞ-in bu dövrdə 400 mln. manat həcmində istismar xərclərini nəzərə almaqla, ümumi göstərici 3,5 mlrd. manata bərabər olacaq.

ARDNŞ-in yeni proqramının reallaşdırılması və qaz hasilatı və təhvili üzrə yeni infrastrukturun yaradılmasına 600 mln. manat sərmayə qoyuluşları (10% amortizasiya zamanı), eləcə də köhnə və yeni infrastruktur üzrə istismar xərcləri variantı zamanı 2007-2010-cu illərdə xərclərin ümumi həcminin 900 mln. manat səviyyəsində olacağı proqnozlaşdırılır.

Xəbər lenti

Xəbər lenti