...

Nazir: Azərbaycan Qazaxıstandan parlamentdə BTC boru kəmərinə qoşulması müqaviləsinin ratifikasiya edilməsini gözləyir

Energetika Materials 27 Fevral 2007 17:59 (UTC +04:00)

Qazaxıstan, Astana/müxbir Trend K. Konırova/ Azərbaycan və Qazaxıstan bu gün Astanada yeni nəqliyyat dəhlizləri haqda məsələləri müzakirə edib. Xarici İşlər naziri Elmar Məmmədyarovun mətbuat konfransında verdiyi məlumata əsasən, Bakı-Tbilisis-Qars dəmir yolunun inşası da müzakirə olunub.

"Qazaxıstanın öz yüklərinin bu dəhlizlə dünya bazarına çıxarmaqda nə dərəcədə maraqlı olması məsələsi müzakirə olunub. Danışıqlar haqqında rəyim çox yüksəkdir.", deyə o, bildirib. Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinə Qazaxıstanın da qoşulmasına toxunan XİN başçısı deyib ki, ölkələr arasındakı nəqliyyat razılaşmaları indi şirkətlər səviyyəsində işlər aparılır.

Keçən il Qazaxıstanın BTC-yə qoşulması haqqında hökumətlərarası müqavilə imzalanıb. Azərbaycan artıq bu sənədi ratifikasiya edib və hazırda biz Qazaxıstanın bu sənədi öz parlamentində müzakirəyə çıxarmasını gözləyirik. Bütün məsələlərin işlənib hazırlanması üzrə birgə komissiyanın yaradılması üçün iş aparılır. Lakin komissiyanın yaradılmasını gözləmədən, neft şirkətləri səviyyəsində BTC üçün neftin çatdırılması üçün danışıqlar aparılır", deyə Trend in Astanadakı xüsusi müxbirinin sualını cavablandıran Elmar Məmmədyarov bildirib.

Nazir nəqliyyat müqaviləsinin hazırlanmaısınn dəqiq vaxtını söyləməkdə çətinlik çəkib. "Burada məsələ ilk öncə mütəxəssislərin parametr və tarifləri müəyyən etməsindən ibarətdir", deyə o, qeyd edib.

Xəbər lenti

Xəbər lenti