...

"Azərenerji" İmişli-Azərbaycan İES elektrik xətti üzrə tender elan edib

Energetika Materials 16 Mart 2007 14:54 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend S.Əliyev/ "Azərenerji" SC İmişli-Azərbaycan yüksək gərginlikli elektik ötürücü xəttinin (330 kV) çəkilişi üzrə layihəyə məsləhətçi axtarır. Bu barədə məlumatı "Azərenerji"nin mətbuat xidmətindən veriblər. Bu layihə üzrə tender elan olunub. Tender nəticəsində "Azərenerji"yə konsaltinq xidməti göstərəcək baş podratçının seçilməsi və layihənin həyata keçirilməsi üzrə işləri yoxlayacaq məsləhətçi şirkət müəyyən olunacaq.

"İmişli" və "Azərbaycan İES"-i Mingəçevirdəki eyni adlı elektrik stansiyası ilə birləşdirəcək EÖX ölkənin cənub-qərb regionun enerji təchizatının yaxşılaşdırılmasına yardım edəcək. Elektrik xətti KfW alman bankının vəsaitləri hesabına hazırlanacaq. Layihə çərçivəsində "Goranboy" yarımstansiyasını "İmişli" yarımstansiyası ilə birləşdirəcək 330 kV-luq xəttin çəkilişi də gözlənilir. İmişli yarımsatnsiyasında isə genişləndirmə və müasirləşdirmə işləri aparılacaq.

Tender kreditor-bank hüququna malik olan KfW-nin mütəxəssisləri tərəfindən həyata keçiriləcək.

İştitrak etmək istəyənlər isə lazımi sənədləri aprelin sonuna qədər təqdim etməlidirlər. Nəticələr isə may ayından tez elan olunmayacaq.

Xəbər lenti

Xəbər lenti