...

Qazaxıstan Azərbaycana qazma qurğularının istehsalı üzrə birgə müəssisə yaratmağı təklif edib

Energetika Materials 17 Aprel 2007 20:32 (UTC +04:00)
Qazaxıstan Azərbaycana qazma qurğularının istehsalı üzrə birgə müəssisə yaratmağı təklif edib

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Bakıda səfərdə olan Qazaxıstanın Manqistau vilayətinin qubernatoru Krımbek Kuşerbayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan hökumətinə qazma qurğularının lizinq üçün tədarükü və onların hazırlanması üçün birgə müəssisənin yaradılmasının mümkünlüyü barədə təkliflər verib.

Azərbaycan və Qazaxıstan biznes şirkətlərinin qərarına əsasən K.Kuşerbayev brifinqdə bildirib ki, BM-in Aktau limanındakı xüsusi iqtisadi zonada yaradılması nəzərdə tutulur.

"Azərbaycan tərəfinin bu sahədə çoxillik təcrübəyə malik olduğunu nəzərə alaraq biz bu cür xahişlə müraciət etmişik. Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayevin sözlərinə görə, məsələyə baxılacaq və qısa zamanda qərar çıxarılacaq",-deyə qubernator bildirib.

Onun fikrincə, bu məsələnin həllinə Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın may ayında Astanada keçirilməsi planlaşdırılan iclasında baxılacaq.

O hesab edir ki, bu layihənin reallaşdırılmasına heç bir maneə yoxdur.

"Qazaxıstanda qazma qurğularına tələbat, bu layihənin həyata keçirilməsinə investisya və istək, Azərbaycanda isə yaxşı güc və kadrlar var. Mən fikirləşirəm ki, bu məsələnin həlli üçün münasib variant var",-deyə Kuşerbayev bildirib.

Xəbər lenti

Xəbər lenti