...

Azərbaycan Dövlət Gömrük Komitəsi neftin ixrac həcmlərini elan edib

Energetika Materials 26 May 2007 15:02 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend /Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, yanvar-apreldə Bakı-Supsa qərb boru kəməri marşrutu üzrə təmir işlərinə görə neftin ixracı həyata keçirilməyib. Bakı-Novorossiysk şimal boru kəməri marşrutu üzrə 939 min ton neft ixrac olunub.

Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə 7,9 mln. ton xam neft ixrac olunub. Dəmir yolu vasitəsilə göndərilmiş neftin həcmi 2 mln. ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti