...

Ekspertlər: PETKIM holdinqin dövlət payının alınması üzrə tenderin başa çatması sövdələşmənin təsdiq olunması demək deyil

Energetika Materials 6 İyul 2007 19:26 (UTC +04:00)
Ekspertlər: PETKIM holdinqin dövlət payının alınması üzrə tenderin başa çatması sövdələşmənin təsdiq olunması demək deyil

Azərbaycan, Bakı/ Trend / Türkiyənin PETKİM neft-kimiya holdinqinin 51 faizinin alınmasında iştirakdan öncə Azərbaycanın Dövlət Neft Şirkəti (ARDNŞ) və onun partnyoru - Türkiyənin Turkas şirkəti (bu şirkətlər SOCAR-Turkas BM kimi təmsil olunub) mümkün risk səviyyəsini qiymətləndirib və hərtərəfli hesablamalar aparıb. Bu barədə cümə günü ARDNŞ-dən məlumat verilib.

ARDNŞ-dən qeyd ediblər ki, səhm paketi üçün təklif olunan son qiymət aparılmış hesablamalar nəticəsində mümkün riskin son həddini əks etdirirdi. PETKIM-in dövlət payı bazar qiymətindən 2,8 dəfə baha (1,43 mlrd. dollar) satılıb.

Tenderin qalibi 2,05 mlrd. dollar təklif edən Transcentral Asia Petrochemical Holding olub. Amma alyans nümayəndələrinin sözlərinə görə, onlar bir neçə ildən sonra kompleksin aktivlərini satmaq niyyətindədirlər.

Tenderdə səkkiz şirkət iştirak edib. Daha böyük məbləği Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR)/Turcas/Injaz və Transcentral Asia təklif edib. Transcentral Asia Petkim paketi üçün SOCAR/Turcas/Injaz-dan 10 mln. dollar artıq təklif edib. Petkim-in dövlət payını həmçinin Zorlu, Anadolu, Ulker və Indian Oil Corp almaq istəyirdi.

Ekspertlər hesab edirlər ki, sövdələşməni hələ bitmiş hesab etmək olmaz. O, hələ ölkənin baş nazirinin rəhbərlik etdiyi Türkiyə Ali Özəlləşdirmə Şurası tərəfindən təsdiq olunmalıdır. Hətta şura tərəfindən razılıq verilməsi də son qələbəyə zəmanət vermir.

Transcentral Asia konsorsiumuna daxil olan şirkətlərdən birinə erməni millətindən olan şəxsin rəhbərlik etməsi Türkiyədə böyük narazılıq doğurub. Konsorsiumun tərkibinə Rusiyanın Troika Capital Partners, "Avrasiya" İnvestisya Sənaye Qrupu və Caspi Neft daxildir. "Troyka Dialoq" direktorlar şurasının rəhbəri erməni millətindən olan Ruben Vardanyandır.

Xəbər lenti

Xəbər lenti