...

Qazaxıstan Batumi neft terminalının tamhüquqlu sahibi olacaq

Energetika Materials 23 İyul 2007 18:08 (UTC +04:00)
Qazaxıstan Batumi neft terminalının tamhüquqlu sahibi olacaq

Qazaxıstan, Astana/ Trend müxbir K.Arınova/ Qazaxıstan tərəfi Batumi neft terminalı səhmdarlarından Batumi Terminal BM-in 50 faiz səhmlərinin əldə olunması üzrə sövdələşməni başa çatdırmaq üzrədir. Bu, Qazaxıstana terminalın tamhüquqlu sahibi olmaq imkanı verəcək. Bu barədə bazar ertəsi sazişə yaxın bir mənbə məlumat verib.

Ötən ilin sonunda "KazMunayQaz" MŞ SC-nin prezidenti Uzakbay Karabalin və Batumi neft terminalının Yan Bonde Nilsen "KazMunayQaz" SC və Batumi Neft terminalının səhmdarları arasında bərabər payla BM yaradılması barədə sövdələşmənin başa çatdığını bildirmişdi.

Son yeddi ildə Batumi limanından neft və neft məhsulları yüklənilməsi təqribən dörd dəfə artıb. Terminal Transqafqaz neft nəqli dəhlizinin əsas tərkib hissəsidir.

Mənbə qeyd edir ki, Qazaxıstan tərəfi yaxın zamanlarda Qazaxıstan neftinin Gürcüstanın Batumi terminalına ixracı üçün effektiv tarif siyasəti barədə Azərbaycanla danışıqlara başlamaq niyyətindədir.

İyun ayında Batumi neft terminalından 2006-cı ilin iyun ayındakı 867,5 min tona qarşı 860,4 min ton neft və neft məhsulu yüklənilib. May ayında bu göstərici 717,5 min ton olub.

Birinci yarımil ərzində Batumi neft terminalından 4,7 nln. ton neft yüklənilib. Ötən il isə bu terminaldan ümumilikdə 9.7 mln. ton neft yüklənilib.

Batumi neft limanı ildə 15 mln. ton neft məhsulu ötürə bilir.

Terminal 30-90 min ton dedveyti olan tankerlərə həmçinin Aframax növlü gəmilər üçün daşına bilən buy da daxil olmaqla 4 yanalma körpüsündən neft yükləyir. Hazırda terminalın rezervuar parkı 530 min ton təşkil edir ki, bu da dəhlizdən daşınan və proqnozlaşdırılan neft üçün kifayət qədərdir.

Xəbər lenti

Xəbər lenti