...

Qazaxıstanın baş nazir: Hökumət Kaşaqan üzrə Eni ilə müqaviləyə yenidən baxılması məsələsini nəzərdən keçirə bilər

Energetika Materials 30 İyul 2007 16:12 (UTC +04:00)
Qazaxıstanın baş nazir: Hökumət Kaşaqan üzrə Eni ilə müqaviləyə yenidən baxılması məsələsini nəzərdən keçirə bilər

Qazaxıstan, Astana / Trend / Qazaxıstan hökuməti Kaşaqan üzrə Eni (Şimali - Xəzər layihəsinin yeganə operatoru) ilə müqaviləyə yenidən baxılması məsələsini nəzərdə keçirə bilər. İNTERFAKS-KAZAXSTAN-ın yaydığı məlumata görə, bunu ölkənin baş naziri Kərim Məsimov bəyan edib.

"Ruca edirəm, bu məsələyə tam ciddiyətlə yanaşasınız və KİV vasitəsilə şirkətə xəbərdarlıq edirəm ki, Kaşaqan üzrə müddətin dəyişilməsini biz müqavilənin özünün dəyişilməsi kimi nəzərdən keçiririk. Bizim faəaliyyətimiz adekvat olacaq",-deyə o, bazar ertəsi Astanada hökumətin selektor toplantısında bildirib.

"Belə ki, müqavilənin vaxtının dəyişməsi müqavilənin özünün dəyişməsi deməkdir. Qazaxıstan isə həmişə müqavilələrin möhkəmliliklərinə sadiq olub və bu gün də elədir. Buna görə də müqaviləyə hər iki tərəf əməl etməlidir", - deyə baş nazir qeyd edib.

Daha öncə energetika və təbii ehtiyatlar naziri Baktıkoja İzmuxambetov bildirmişdi ki, Eni Qazaxıstanın Energetika Nazirliyinə Kaşaqan yatağından sənaye hasilatı tarixinin 2008-ci ildən 2010-cu ilə keçirilməsi barədə rəsmi məlumat verib.

Hökumətin toplantısında çıxış edən B.İzmuxambetov xatırladıb ki, Eni "layihə üzrə verdiyi son təklifində göstərib ki, Kaşaqan yatağında hasilatın başlanılması tarixi 2008-ci ilin ikinci yarısından 2010-cu ilin ikinci yarısına keçirilir".

"Bu, layihənin və işləyən insanların təhlükəsizliyi ilə bağlı layihənin rekonfiqurasiyası ilə bağlıdır", - deyə nazir izah edib.

İzmuxambetovun sözlərinə görə, Eni təklifləri çərçivəsində layihə üzrə xərclərin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulub.

"Eni təkliflərinə xərclərin 57 mlrd. dollardan 136 mlrd. dollara qədər artması göstərilir", - deyə nazir qeyd edib.

"6 avqustdan biz bu layihə üzrə şirkətlə aylıq danışıqlara başlamağı planlaşdırırıq. (...) Konsensus tapılacağı təqdirdə layihənin parametrləri də müəyyənləşdiriləcək", - deyə o söyləyib.

Nazir bildirib ki, danışıqlar prosesinin bəndlərindən biri Qazaxıstanın profit-oyl payının 10%-dən 40%-ə qədər artırılması olacaq.

O həmçinin qeyd edib ki, xərclərin ciddi şəkildə artması "Lap əvvəl xərclərin məbləğinin diqqətlə müəyyənləşdirilməməsi və yerinə yetirilməsi mühim olan işlərin siyahısının tərtib olunmaması ilə bağlıdır".

Onun sözlərinə görə, layihənin xərclərinin hesablanmasınada daaha bir çətinlik dünyada belə bir analoqu olan layihənin olmaması ilə bağlıdır.

"Vəziyyət elə gətirib ki, həm işlərin müddəti, həm də onların aparılması üçün xərclərə yenidən baxmaq lazım olub", - deyə nazir qeyd edib.

Bu, Kaşaqan yatağında neft hasilatının tam həcmdə fəaliyyətə başlamasının birinci dəfə təxirə salınması deyil. Hasilatın pay bölgüsü sazizinə əsasən (PSA), Kaşaqan yatağında işləri aparan Agip KCO yatağın sənaye işlənilməsinə 2005-ci ildə başlamalı idi. Beləliklə, bu müddət real olmadıqda, tərəflər yatağın işlənilmə tarixinin təxirə salınması barədə danışıqlara başlamışdılar. Nəticədə onlar razılığa gəliblər ki, konsorsium Kaşaqan yatağının sənaye işlənilməsinə 2008-ci ildə başlayacaq.

2004-cü ildə konsorsium Qazaxıstan hökuməti ilə Kaşaqan yatağının sənaye işlənilməsinin 2005-ci ildən 2007-2008-ci ilə keçirilməsi barədə razılıq əldə edib.

Bununla belə, tərəflər arasında imzalanmış sənədə əsasən, yatağın mənimsənilməsinin təxirə salınması ilə əlaqədar kompensasiya qismində Agip KCO Qazaxıstan hökumətinə 150 mln. dollar ödəmək öhdəliyi götürüb.

Məlum olduğu kimi, Şimali-Xəzər layihəsinin həyata keçirilməsi üçün Qazaxıstan 1997-ci ildə 40 il müddətinə PSA tipli müqavilə imzaladıqdan sonra OKIOC (əvvəlki adı Agip KCO) konsorsiumu yaradılıb. Kaşaqanla yanaşı PSA üzrə konsorsiumun qazma işləri apardığı əraziyə daha üç struktur daxildir: Kalamkas, Aktotı, Kayran. Bu 4 struktur təqribən 5600 kv.km. ərazini əhatə edən 11 dəniz blokundan ibarətdir.

Agip KCO bildirir ki, Kaşaqan yatağının hasilat ehtiyatları minimum 7-9 mlrd. barel dəyərləndirilir. Bu strukturun ümumi geoloji ehtiyatları 38 mlrd. barel neft həcmində dəyərləndirilir.

Hazırda Agip KCO iştirakçıları aşağıdakı kimidir: Eni, Total, ExxonMobil, Royal Dutch/Shell 18,52%, ConocoPhillips - 9,26%, Inpex və "KazMunayQaz" - 8,33% iştirak payına malikdir.

Xəbər lenti

Xəbər lenti