...

ARDNŞ Dövlət Neft Fonduna pul ayrılmalarını xeyli artırıb

Energetika Materials 31 İyul 2007 16:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Çərşənbə axşamı ARDNŞ-dan verilən məlumata görə, ilin birinci yarısında Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) neft satışından əldə etdiyi 810 mln. 570 min manat vəsaiti Dövlət Neft Fonduna ayırıb ki, bu göstərici ötən ilin analoji dövr göstəricisindən 378 mln. 379 min manat çoxdur.

Birinci yarım il ərzində ARDNŞ Neft Fonduna neftin ixrac və daxili qiymətinin fərqi kimi 2 mln. 128 min 794,39 manat ayırıb.

"Dövlət büdcəsi haqqında" qanuna əsasən, ixrac neftinin dəyəri bir barrel üçün 40 dollardan çox olduqda neftin müqavilə (satış) qiyməti (ixrac xərcləri istisna olmaqla) və daxili topdansatış qiyməti arasındakı fərq Azərbaycan Dövlət Neft Fonduna ayrılır.

Xəbər lenti

Xəbər lenti