Azərbaycan, Bakı / Trend / Şənbə günü Azərbaycan Dövlət Neft Şirkətindən verilən məlumata görə, ARDNŞ sərbəst olaraq şirkət tərəfindən işlənən "Günəşli" yatağının dayaz su hissələrində yeni quyunun istismarına başlayıb. Quyu "Günəşli -13" platformasında qazılıb və fontan üsulu ilə istismar olunur. Quyunun dərinliyi 2600 metr təşkil edir. Quyunun sutkalıq debiti 40 ton neft və 10 min kubmetr qaza bərabərdir. Quyu kəsilişində daha 4-5 məsuldar qat mövcuddur.
Üç il əvvəl istismara verilən 13 nömrəli platformadan bu gynə qədər altı quyu qazılıb. Quyuların sutkalıq debiti 352 ton neft, 1 mln. 85 min kubmetr qaz və 173 ton kondensant təşkil edir.