...

COP29 Azərbaycanın xarici siyasətinin prioritetləri baxımından vacib əhəmiyyət daşıyır - ŞƏRH

Yaşıl iqtisadiyyat Materials 19 Mart 2024 11:28 (UTC +04:00)
COP29 Azərbaycanın xarici siyasətinin prioritetləri baxımından vacib əhəmiyyət daşıyır - ŞƏRH
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ölkəmizdə keçiriləcək COP29 beynəlxalq konfransı dünya əhəmiyyətli tədbirdir.

Bunu Trend-in suallarını cavablayarkən Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müşavir, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

O qeyd edib ki, dünyada çox aktual və vacib məsələlərin müzakirəsini təşkil edən az sayda qlobal platforma var.

"Bunlardan biri də COP tədbirləridir. Ötən il Birləşmiş Ərəb Əmirliklərində keçirilən COP28 tədbirində bir sıra məsələlərlə bağlı fikir ayrılığı yaranmışdı. Bunların aradan qaldırılması üçün Bakıdakı tədbirə böyük ehtiyac və gözləntilər var. Bu, həm inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında müəyyən məsələlərlə bağlı fikir ayrılığının aradan qaldırılması ilə bağlıdır.

Bakıda keçiriləcək COP29-da iqlim dəyişikliyi, ənənəvi və alternativ enerji resurslarının gələcək istehsalı, istehlakı ilə bağlı bəyanatın imzalanması üçün böyük şans var. Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olub".

Ekspertin sözlərinə görə, məlumdur ki, 2009-cu ildə Kopenhagendə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında iqlim dəyişiklikləri ilə mübarizəyə görə yardımın əsas hədəfləri ilə bağlı rəqəm müəyyənləşdirilib.

"İndiki məqsəd Bakıda 100 mlrd. dollardan sonrakı rəqəmin hansı rəqəm olacağı barədə ortaq məxrəcə gəlməkdir. Azərbaycanın imici, xarici siyasətin prioritetləri baxımından COP29 olduqca vacib əhəmiyyət daşıyır. Bakıda keçiriləcək tədbirdə də, heç şübhəsiz, dünyada mövcud olan çağırışların həlli yolları, inkişaf tendensiyaları əsas müzakirə mövzularından olacaq. Ümumiyyətlə, dünyanın gözü Bakıda olacaq. Ölkəmizə 10 minlərlə xarici nümayəndə gələcək. Ölkəmizin üzərinə böyük vəzifə düşür. Azərbaycan bu vəzifənin öhdəsindən layiqincə gələcək", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti